"Liverpul" daha bir ulduz futbolçunu heyətinə qatmaq istəyir

"Nyukasl Yunayted"in isveçli futbolçusu Aleksander İsak "Liverpul"un transfer siyahısında yer alıb.

Sportline.az jurnalist Ben Yakopsun məlumatına istinadən xəbər verir ki, Mersisayd klubu İsak üçün rekord məbləğ təklif etməyə hazırlaşır.

25 yaşlı futbolçunun dəyəri 120 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Aleksander İsak ötən mövsüm meydana çıxdığı 42 matçda 27 qol 6 məhsuldar ötürmə müəllifi olub.

Təcrübəli futbolçu karyerası ərzində "Nyukasl"la yanaşı, "Aik", "Dortmund", "Villem" və "Real Sosyedad" kimi klublarda çıxış edib.