"Liverpul" forvardı ilə vidalaşır
"Liverpul" mövsümün sonunda uruqavlı futbolçusu Darvin Nunyeslə yollarını ayıracaq.
Sportline.az "D Sports"a istinadən xəbər verir ki, Mersisayd klubu Nunyesi satmaq qərarına gəlib.
25 yaşlı hücumçunun "Liverpul"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Darvin Nunyeslə Argentinanın "River Pleyt" klubu yaxından maraqlanır.