“Liverpul” heyətini almaniyalı ulduzla gücləndirib

"Bayer"in almaniyalı ulduz futbolçusu Florian Virts karyerasını "Liverpul"da davam etdirəcək.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.

22 yaşlı futbolçu üçün "Liverpul" qarşı tərəfə 130 milyon avro ödəyəcək.

Qeyd edək ki, Florian Virts ötən mövsüm meydana çıxdığı 45 matçda 16 qol 15 asistlə yadda qalıb.