“Liverpul” Kerkezlə anlaşıb

"Liverpul" "Bormunt"un macarıstanlı futbolçusu Miloş Kerkezlə anlaşıb.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.

Kerkez Mersisayd klubunda çıxış etməyə müsbət yanaşır.

Qeyd edək ki, 21 yaşlı sol cinah müdafiəçisinin dəyəri "Transfermarkt" portalına görə, 45 milyon avrodur.

O, ötən mövsüm meyda a çıxdığı 41 matçda 2 qol 6 asistlə yadda qalıb.

Xatırladaq ki, Kerkezin "Bormunt"la müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.