"Liverpul" Konate ilə bağlı qərar verib

"Liverpul" fransalı futbolçusu İbrahima Konate ilə yola davam edəcək.

Sportline.az "Sky Sport"a istinadən xəbər verir ki, Mersisayd klubu Konateyə yeni müqavilə təklif edib.

25 yaşlı stoperin "Liverpul"la hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Konatenin transfer dəyəri 60 milyon avro olaraq qiymətləndirilir.

O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 40 matçda 2 qol 2 asistlə yadda qalıb.