"Liverpul" macarıstanlı futbolçu ilə razılıq əldə edib
"Liverpul" "Bormunt"un macarıstanlı futbolçusu Miloş Kerkezlə ilkin razılıq əldə edib.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano öz "X" hesabında paylaşım edib.
21 yaşlı sol cinah müdafiəçisi "Liverpul"da çıxış etməyə müsbət yanaşır.
Qeyd edək ki, Miloş Kerkez bu mövsüm çıxış etdiyi 39 matçda 2 qol 6 asistlə yadda qalıb.