"Liverpul" niderlandlı futbolçunun keçidini həll etmək üzrədir

"Liverpul" "Bayer"in niderlandlı futbolçusu Jeremi Frimponqun keçidini həll etmək üzrədir.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano öz şəxsi "X" hesabında paylaşım edib.

24 yaşlı futbolçu üçün "Liverpul" 29.5 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Frimponq "Bayer"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.

O, cari mövsüm çıxış etdiyi 48 matçda 5 qol 12 məhsuldar ötürmə müəllifi olub.