"Liverpul" niderlandlı futbolçunun transfer həll edib

İngiltərənin "Liverpul" klubu "Bayer"in niderlandlı futbolçusu Jeremi Frimponqu heyətinə qatıb.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano öz şəxsi "X" hesabında paylaşım edib.

24 yaşlı futbolçu "Liverpul"la 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Frimponq üçün Mersisayd klubu "Bayer"ə 35 milyon avro ödəyəcək.

O, cari mövsüm çıxış etdiyi 48 matçda 5 qol 12 məhsuldar ötürmə müəllifi olub.