"Liverpul” rumıniyalı müdafiəçi üçün hərəkətə keçdi
“Liverpul” İspaniyanın “Rayo Valyekano” klubunda çıxış edən rumıniyalı sağ cinah müdafiəçisi Andrey Rațiu ilə maraqlanır.
Sportline.az "365 Scores" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi futbolçunun transferi üçün danışıqlara başlayıb. Məlumata görə, “qırmızılar” oyunçunun müqaviləsində yer alan 25 milyon avroluq sərbəstqalma məbləğindən daha aşağı qiymətə razılıq əldə etməyə çalışır.
Bundan əlavə “Barselona”da müdafiəçinin transferində maraqlıdır. Bu səbəbdən “Liverpul” kataloniyalıları qabaqlamaq və futbolçunun keçidini qısa müddətdə həll etmək niyyətindədir.
Qeyd edək ki, Andrei Rațiu son mövsümdə “Rayo Valyekano”nun əsas heyət üzvlərindən biri olub və sabit çıxışı ilə bir sıra Avropa klublarının diqqətini cəlb edib. Onun klubu ilə müqaviləsi 2030-un 30 iyun tarixinə qədər qüvvədədir.