"Liverpul" və "Bavariya" almaniyalı ulduza görə yarışa girib

"Bayer"in almaniyalı ulduz futbolçusu Florian Virts Avropa nəhənglərinin əsas transfer hədəfinə çevrilib.

Sportline.az "Times" nəşrinə istinadən xəbər verir ki, "Liverpul" və "Bavariya" Virtsi transfer etmək üçün hərəkətə keçib.

22 yaşlı futbolçunun Almaniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, F.Virtsin transfer qiyməti 125 milyon avro olaraq təyin olunub.

O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 44 matçda 16 qol 15 asistlə yadda qalıb.