“Liverpul” və “Çelsi” transfer yarışına girib
"Ayntraxt"ın fransalı futbolçusu Hüqo Ekitike karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az "Bild" qəzetinə istinadən xəbər verir ki, "Liverpul" və "Çelsi" H.Ekitike üçün hərəkətə keçib.
22 yaşlı futbolçunun müqaviləsi klubla 2029-cu ilin yayına qədərdir.
Qeyd edək ki, Ekitikenin transfer qiyməti 100 milyon avrodur.