"Liverpul" və "Mançester Siti" fransız futbolçuya gözünü dikib
"Lion"un fransalı futbolçusu Rayan Çerki İngiltərə nəhənglərinin transfer hədəfinə çevrilib.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Liverpul" və "Mançester Siti" Çerkini transfer etmək üçün yarışa girib.
Oyunçunun sərbəst qalma məbləği 22.5 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, Çerkinin "Lion"la müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 43 matçda 12 qol 19 məhsuldar ötürmə müəllifi olub.