"Liverpul" Virts transferini tamamlayıb
“Liverpul” klubu “Bayer Leverkuzen”in ulduzu Florian Virtzlə bağlı transferi tamamlamağa çox yaxındır.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, 22 yaşlı hücumameyilli yarımmüdafiəçinin cümə günü tibbi müayinədən keçəcəyi gözlənilir.
Virtzin həftə sonuna qədər Böyük Britaniyaya gələcəyi və transferin son detalları ilə maraqlanacağı bildirilir.
Transfer dəyərinin 136,3 milyon avro (təxminən 116 milyon funt sterlinq) olduğu və bu məbləğin həm “Liverpul” tarixində, həm də İngiltərə futbolunda bonuslarla birlikdə rekord səviyyədə olduğu qeyd olunur.
İlkin mərhələdə “Bayer Leverkuzen” futbolçunun qiymətini 150 milyon avro olaraq müəyyənləşdirmişdi.
Lakin “Liverpul”un apardığı danışıqlar nəticəsində tərəflər 117,5 milyon avro ilkin ödəniş və 18,8 milyon avro bonus daxil olmaqla razılığa gəliblər.