"Liverpul" Virtsi transfer edib
"Liverpul" "Bayer"in almaniyalı futbolçusu Florian Virtsi transfer edib.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.
Mersisayd klubu 22 yaşlı futbolçu üçün "Bayer"ə 150 milyon avro ödəyəcək.
Qeyd edək ki, Florian Virts bu həftə İngiltərəyə gəlib, həkim müayinəsindən keçəcək.
O, ötən mövsüm Leverkuzen klubunun heyətində çıxış etdiyi 45 matçda 16 qol 15 asistlə yadda qalıb.