"Liverpul"a portuqaliyalı futbolçu gəlir
"Sportinq"in futbolçusu Fransisko Trinkao "Liverpul"a keçidi gündəmdədir.
Sportline.az xəbər verir ki, bu haqda "Record" nəşri məlumat yayıb.
26 yaşlı hücumameyilli yarımmüdafiəçinin transfer qiyməti 50 milyon avrodur.
Qeyd edək ki, F.Trinkao bu mövsüm meydana çıxdığı 54 matçda 13 qol, 18 asistlə yadda qalıb.