"Liverpul"a qayıtmaq istəyir
"Əl-Hilal"ın hücumçusu Darvin Nunyes sabiq komandası "Liverpul"a qayıtmaq istəyir.
Sportline.az xəbər verir ki, uruqvaylı futbolçu Mersisayd klubuna geri dönmək istədiyini menecerinə deyib.
Bu haqda "Mundo Deportivo" nəşri məlumat yayıb.
Qeyd edək ki, Nunyes ötən ilin yayında 53 milyon avro qarşılığında "Liverpul"dan "Əl-Hilal"a transfer olunmuşdu.