"Liverpul" Virts üçün rəsmi təklif göndərib

"Liverpul"un "Bayer"in almaniyalı futbolçusu Florian Virts üçün rəsmi təklif göndərib.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Mersisayd klubu Virts üçün "Bayer"ə 100 milyon avro ödəməyə hazırdır.

Tərəflər arasında danışıqlar davam edir. 22 yaşlı futbolçu "Liverpul"a transfer olmaq istədiyini klub rəhbərliyinə bildirib.

Qeyd edək ki, Florian Virts bu mövsüm çıxış etdiyi 45 matçda 16 qol 15 asistlə yadda qalıb.