"Liverpul"da ayrılıq gözlənilir

"Liverpul"un kolumbiyalı futbolçusu Luiz Diaz yayda klubdan ayrıla bilər.

Sportline.az jurnalist Ben Yakopsun məlumatına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubları L.Diazın xidmətində maraqlıdır.

28 yaşlı sol cinah vingerinin transfer qiyməti 70 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, Luiz Diaz ötən mövsüm meydana çıxdığı 50 matçda 17 qol 8 məhsuldar ötürmə müəllifi olub.