"Liverpul"dan 100 milyon avroluq transfer
"Liverpul" "Leipziq"in futbolçusu Yan Diomandeni heyətinə qatmaq istəyir.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
19 yaşlı sol cinah vingeri bu mövsüm meydana çıxdığı 36 matçda 13 qol, 10 asistlə yadda qalıb.
Qeyd edək ki, Diomandenin transfer qiyməti 100 milyon avrodur.