"Liverpul"dan 29.5 milyon avroluq transfer
"Liverpul" "Bayer"in niderlandlı futbolçusu Jeremi Frimponqu heyətinə qatacaq.
Sportline.az xəbər verir ki, bu haqda "Mail Sport" nəşri məlumat yayıb.
24 yaşlı futbolçu üçün "Liverpul" qarşı tərəfə 29.5 milyon avro ödəyəcək.
Qeyd edək ki, Frimponq bu mövsüm çıxış etdiyi 48 matçda 5 qol 12 asist müəllifi olub.
Onun Almaniya klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.
Xatırladaq ki, J.Frimponq 2021-ci ilin yanvar ayında "Seltik"dən "Bayer"ə 11 milyon avro qarşılığında transfer olmuşdu.