"Liverpul"dan 40 milyon avroluq transfer
"Liverpul" "Bormunt"un macarıstanlı futbolçusu Miloş Kerkezi heyətinə qatmağa yaxındır.
Sportline.az "Talk Sport" nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubu Kerkez üçün 40 milyon avro təklif edib.
"Bormunt"un rəhbərliyi bu məbləğ qarşılığında 21 yaşlı futbolçunu satmağa hazırdır.
Qeyd edək ki, M.Kerkezin klubla müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.