"Liverpul"dan 85 milyon avroluq transfer
"Vest Hem"in yarımmüdafiəçisi Mateuş Fernandeş yeni mövsümdən etibarən "Liverpul"da çıxış edə bilər.
Sportline.az xəbər verir ki, Mersisayd təmsilçisi bu keçid üçün 85 milyon avro ödəməyə hazırdır.
Bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
Qeyd edək ki, M.Fernandeşin London klubu ilə sözləşməsi 2030-cu ilin iyun ayına qədərdir.