"Liverpul"dan ayrılıq yaşana bilər
"Liverpul"un niderlandlı futbolçusu Kodi Qakponun yayda klubdan ayrılmaq ehtimalı var.
Sportline.az xəbər verir ki, "Leipziq" 27 yaşlı sol cinah vingerini heyətinə qatmaq niyyətindədir.
Bu haqda "Team Talk" nəşri məlumat yayıb.
Qeyd edək ki, K.Qakpo bu mövsüm meydana çıxdığı 52 matçda 9 qol, 6 asistlə yadda qalıb.