"Liverpul"dan Kerkez həmləsi

"Liverpul" yay transfer pəncərəsi dövründə heyətinə yeni sol cinah müdafiəçisi transfer edəcək.

Sportline.az "iSport"a istinadən xəbər verir ki, "Bormunt"un macarıstanlı müdafiəçisi Miloş Kerkez "Liverpul"un maraq dairəsindədir.

21 yaşlı müdafiəçinin transfer qiyməti 40 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, Miloş Kerkez bu mövsüm çıxış etdiyi 39 matçda 2 qol 6 asistlə yadda qalıb.