"Liverpul"dan Lukeba həmləsi

"Leipziq"in fransalı futbolçusu Kastello Lukeba "Liverpul"un maraq dairəsinə düşüb.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubu Lukeba üçün 50 milyon avroluq rəsmi təklif etməyi düşünür.

22 yaşlı stoperin "Leipziq"lə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Lukeba bu mövsüm 31 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.