"Liverpul"dan transfer bombası

"Liverpul" bu yay "Mançester Siti"dən ayrılacaq belçikalı futbolçu Kevin De Brüyneni azad agent kimi heyətinə qatmaq istəyir.

Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, Kevin De Brüyne "Liverpul"da çıxış etməyə müsbət yanaşır.

33 yaşlı yarımmüdafiəçi 2015-ci ildən "Mançester Siti"də çıxış edir.

Qeyd edək ki, De Brüyne bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 37 matçda 6 qol 8 asistlə yadda qalıb.

Onun hazırkı dəyəri "Transfermarkt" portalına görə, 27 milyon avro olaraq qiymətləndirilir.

Xatırladaq ki, K.De Brüyne uşaqlıdan "Liverpul" klubuna azarkeşlik edib.