"Liverpul"dan Xavi həmləsi
"Liverpul" yay transfer pəncərəsi dövründə heyətini gücləndirməyi planlaşdırır.
Sportline.az "TBR Football" nəşrinə istinadən xəbər verir ki, "Leipziq"in niderlandlı futbolçusu Xavi Simons "Liverpul"un əsas transfer hədəfinə çevrilib.
22 yaşlı futbolçunun Almaniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Xavi Simons bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 33 matçda 11 qol 8 asistlə yadda qalıb.