"Liverpul"dan yeni transfer həmləsi
"Liverpul" yay transfer pəncərəsi dövründə heyətini gücləndirməyi planlaşdırır.
Sportline.az "Tutto Atalanta" nəşrinə istinadən xəbər verir ki, "Atalanta"nın brazilyalı futbolçusu Ederson "Liverpul" maraq dairəsinə düşüb.
25 yaşlı yarımmüdafiəçinin hazırkı dəyəri "Transfermarkt" portalına görə, 50 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Ederson cari mövsüm çıxış etdiyi 49 matçda 5 qol 2 məhsuldar ötürmə müəllifi olub.
Onun Berqamo klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.