"Liverpul"la vidalaşır

"Liverpul"un uruqvaylı forvardı Darvin Nunyes mövsümün sonunda klubdan ayrılacaq.

Sportline.az David Laynçın məlumatına istinadən xəbər verir ki, Nunyes karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirəcək.

25 yaşlı futbolçunun "Liverpul"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Nunyes Mersisayd klubuna 2022-ci ilin yayında "Benfika"dan 85 milyon avro qarşılığında transfer olmuşdu.

O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 45 matçda 7 qol 7 məhsuldar ötürmə müəllifi olub.