"Liverpul"un 150 milyonluq planı

"Bayer"in almaniyalı futbolçusu Florian Virts karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az "Kicker" nəşrinə istinadən xəbər verir ki, "Liverpul" Virts üçün 150 milyon avronu gözdən çıxarıb.

22 yaşlı futbolçu "Bayer"dən ayrılmaq fikrində qətidir.

Qeyd edək ki, Florian Virts bu mövsüm çıxış etdiyi 45 matçda 16 qol 15 məhsuldar ötürmə müəllifi olub.

Futbolçunun meneceri "Liverpul"un rəhbərliyi ilə bu həftə masaya oturacaq.

Xatırladaq ki, "Bavariya"da Virtsi transfer etmək istəyən klubların siyahısında yer alır.