"Liverpul"un Fernandeş planı

"Liverpul" yayda yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.

Sportline.az xəbər verir ki, əsas hədəflərdən biri Mateuş Fernandeşdir.

"Team Talk"un yaydığı məlumata görə, "Vest Hem" 21 yaşlı yarımmüdafiəçi üçün 80 milyon avro tələb edir.

Qeyd edək ki, M.Fernandeşin "çəkiçdöyənlər"lə sözləşməsi 2030-cu ilin yayına qədərdir.