"Liverpul"un gözü "Ayntraxt"ın futbolçusuna düşüb
"Ayntraxt"ın fransalı futbolçusu Hüqo Ekitike "Liverpul"un maraq dairəsinə düşüb.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Saşa Tavolieri öz "X" hesabında paylaşım edib.
22 yaşlı forvad üçün "Liverpul" 50 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Hüqo Ekitikenin "Ayntraxt"la müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 48 matçda 22 qol 12 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, H.Ekitike 2024-cü ilin yayında "Paris Sen-Jermen"dən "Ayntraxt"a 16.5 milyon avro qarşılığında transfer olmuşdu.