“Liverpul”un Şeşko planı
"Liverpul" yay transfer pəncərəsi dövründə heyətinə yeni forvard transfer edəcək.
Sportline.az jurnalist Deyv Oçkopun məlumatına istinadən xəbər verir ki, Mersisayd klubu Şeşkonu transfer etmək üçün "Leipziq"lə danışıqlara başlayıb.
21 yaşlı futbolçunun Almaniya klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Şeşko cari mövsüm çıxış etdiyi 45 matçda rəqib qapılarından 21 top keçirib.
Onun transfer qiyməti 65 milyon avro olaraq təyin olunub.