“Liverpul”un ulduz futbolçusu “Barselona”ya təklif olunub
“Liverpul”un misirli ulduzu Mohamed Salahın nümayəndələri futbolçunu “Barselona”ya təklif ediblər.
Sportline.az “Transfer News Live” nəşrinə istinadən xəbər verir ki, Salahın Kataloniya nəhəngində oynamaq arzusu hələ də davam edir.
Bundan əlavə dünyanın məşhur futbolçularından biri olmasına baxmayaraq, 34 yaşlı futbolçu “Kamp Nou”ya keçidini asanlaşdırmaq üçün maaşında da ciddi endirimi qəbul etməyə hazırdır.
“Barselona”nın əsas diqqəti hazırda hücum xəttinin digər mövqelərini gücləndirməyə yönəlib.
Amma Runi Bardji icarə əsasında komandadan ayrılsa, “Barselona” Salah variantını daha ciddi şəkildə nəzərdən keçirə bilər.