“Liverpul”un Virts israrı davam edir

"Liverpul" "Bayer"in almaniyalı futbolçusu Florian Virtsi heyətinə qatmaqda israrlıdır.

Sportline.az jurnalist Sami Mokbelin məlumatına istinadən xəbər verir ki, "Liverpul" Virts üçün qarşı tərəfə 120 milyon avro ödəməyə hazırdır.

22 yaşlı futbolçunun "Bayer"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Florian Virts bu mövsüm çıxış etdiyi 45 matçda 16 qol 15 məhsuldar ötürmə müəllifi olub.