"Liverpul"un yarımmüdafiəçisi klubdan ayrılacaq

"Liverpul"un ingiltərəli futbolçusu Harvi Eliyot klubdan ayrılmağa hazırlaşır.

Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.

22 yaşlı yarımmüdafiəçi ilə İtaliya klubları yaxından maraqlanır.

Qeyd edək ki, Harvi Eliyot ötən mövsüm meydana çıxdığı 28 matçda 5 qol 3 asistlə yadda qalıb.