"Liverpul"un yeni baş məşqçisi bəlli olub.

Mersisayd təmsilçisini Andoni İraola çalışdıracaq.

Sportline.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat verib.

Tərəflər arasında ilkin razılıq əldə olunub. Klub yaxın günlərdə mütəxəssislə yenidən görüşəcək. Daha sonra təyinatın rəsmiləşməsi gözlənilir.

Qeyd edək ki, İraola bu postda Arne Slotu əvəzləyəcək.