Livramento "Arsenal"ın maraq dairəsindədir

"Nyukasl"ın futbolçusu Tino Livramento karyerasını "Arsenal"da davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "The Athletic" nəşri məlumat yayıb.

23 yaşlı oyunçu dəyəri 40 milyon avrodur.

Qeyd edək ki, Livramento cari mövsüm meydana çıxdığı 26 matçda 1 asistlə yadda qalıb.