Livramento "Arsenal"ın radarına düşüb
"Nyukasl"ın futbolçusu Tino Livramento yeni mövsümdən "Arsenal"ın formasını geyinə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "The Athletic" nəşri məlumat yayıb.
23 yaşlı oyunçu cari mövsüm meydana çıxdığı 26 matçda 1 asistlə yadda qalıb.
Qeyd edək ki, T.Livramentonun dəyəri 40 milyon avrodur.