Luis Enrike özünü tərifləyib

PSJ-nin baş məşqçisi Luis Enrike maraqlı açıqlama ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, ispaniyalı mütəxəssis "Barselona"nın özünəməxsus oyun üslübunu daha yaxşı tətbiq edən çalışdırıcının kim olması ilə bağlı sualı cavablandırıb.

"Xavi, yoxsa mən? Əlbəttə ki, mən. Topa sahib olma göstəricilərinə, yüksək təzyiq göstəricilərinə və qazanılan mükafatlara baxın. Bu məlumatları başqa cür dəyərləndirənlər də ola bilər. Amma, rəqəmlər müzakirəyə əsas vermir.", - deyə Enrike "Relеvo"nun X sosial şəbəkəsindəki səhifəsinə bildirib. 

Qeyd edək ki, Luis Enrike 2014-2017-ci illərdə "Barselona"nın baş məşqçisi olub.