Luiz Qustavo "Fənərbağça"da

"Fənərbağça" növbəti transferini həyata keçirib.

Sportline.az xəbər verir ki, İstanbul təmsilçisi "Marsel"in yarımmüdafiəçisi Luis Qustavonu heyətinə qatıb. 32 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki,bu transfer üçün "Fənərbağça" Fransa klubuna 6 milyon avro təzminat ödəyib.