Luyis Holl "Mançester Yunayted"in hədəfində

"Mançester Yunayted" "Nyukasl"ın futbolçusu Luyis Hollu heyətinə qatmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, bu haqda "Caught Offside" nəşri məlumat yayıb.

21 yaşlı sol cinah müdafiəçisinin dəyəri 40 milyon avrodur.

Qeyd edək ki, L.Hol bu mövsüm meydana çıxdığı 47 matçda 1 qol, 2 asistlə yadda qalıb.

Banner