Maaşı artırılacaq, müqaviləsi yenilənəcək
"Barselona"da yeni müqavilə imzalana bilər.
Sportline.az "Sport.es"ə istinadla xəbər verir ki, Kataloniya klubunun hədəfi müdafiəçi Ronald Arauxodur.
"Barselona" gənc futbolçunun ümidləri doğrultduğuna inanır.
Xavinin komandası yeni müqavilədə Arauxonun maaşını artırmağı da düşünür. Uruqvaylı müdafiəçinin komanda ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Qeyd edək ki, Arauxo cari mövsüm "Barselona"da 9 oyuna 1 qol vurub.