Madrid klubunda yeni müqavilə

"Atletiko" futbolçusu Stefan Saviçlə müqaviləsini uzadıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı müdafiəçi ilə 3 illik yeni sözləşmə imzalandığı bildirilib.

Qeyd edək ki, Saviç 2015-ci ildən "Atletiko"da oynayır.