Madrid "Real"ının yeni prezidenti seçildi

İspaniyanın "Real Madrid" klubunun hazırkı prezidenti Florentino Peres növbəti dəfə bu vəzifəyə seçilib.

Sportline.az AS nəşrinə istinadən xəbər verir ki, 75 yaşlı funksioner yeganə namizəd olduğu üçün səsvermə belə keçirilməyib.

Yeni anlaşmaya əsasən, Peres 2025-ci ilədək "kral klubu"na rəhbərlik edəcək.

2009-cu ildən "Real Madrid"in prezidenti olan funkisioner 2000 - 2006-cı illərdə də bu vəzifədə çalışıb.