Madriddə Mbappenin transferinə əmindirlər

Kilian Mbappenin "Real"a mümkün transferi hələ də əsas mövzulardan biri olaraq qalır.

Sportline.az Marca nəşrinə istinadla xəbər verir ki, komandanın futbolçuları fransalı forvardın gələn yay Madriddə olacağına əmindirlər.

PSJ rəhbərliyi bunun qarşısını almağa çalışsa da, hadisələrin axarı sonluğu məhz bu istiqamətə aparır.

Qeyd edək ki, Mbappe bu mövsüm PSJ-nin heyətində çıxdığı bütün turnirlərdə 12 qol və 1 məhsuldar ötürmə müəllifi olub.