Mahir Emreli "Ayntaxt Braunşveyq"ə qarşı matçda dubl edib

Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Almaniyanın "Nürnberq" komandasında dubl edib.

Sportline.az xəbər verir ki, 28 yaşlı hücumçu  II Bundesliqanın XXXIV turunda qarşılaşdıqları  "Ayntaxt Braunşveyq" kollektivinin qapısından özünün və komandasının ikinci qolunu keçirib.

O, 10-cu və 20-ci dəqiqələrdə fərqlənib. Futbolçu ikinci qoldan sonra sarı vərəqə ilə cəzalanıb.

Hazırda davam edən görüşdə Emrelinin komandası 2:0 hesabı ilə öndədir.