Mahir Emreli II Bundesliqada həftənin rəmzi komandasına düşüb

"Nürnberq"in azərbaycanlı futbolçusu Mahir Emreli II Bundesliqa XXXIV turun rəmzi komandasına düşüb.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı hücumçu 3-4-3 sxeminə əsasən tərtib olunan "11-lik"də hücumun mərkəzində yer alıb.

O, Ayntraxt" (Braunşveyq) komandasına 4:1 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edib.

Qeyd edək ki, mövsümün əvvəlində II Bundesliqa təmsilçisinə keçən Mahir Emrelinin müqaviləsinin müddəti uzadılmayıb.

O, "Nürnberq"in heyətində çempionatda 10, ölkə kubokunda 1 qola imza atıb.