"Mançester Siti” Bernardo Silvanın yerinə onu gətirir

“Mançester Siti” yay transfer pəncərəsində “Borussiya Dortmund”un yarımmüdafiəçisi Felik Nmeçanı heyətinə qatmaq üçün ciddi səylər göstərir.

Sportline.az xəbər verir ki,  “şəhərlilər”in bu addımı komandanın uzun illər əsas oyunçularından olan Bernardo Silvanın ayrılığından sonra orta xətti gücləndirmək məqsədi daşıyır. 

Bu barədə “Bild” nəşri məlumat verib.

Bundan əlavə 25 yaşlı futbolçu əvvəllər “Mançester Siti” akademiyasında çıxış edib və hazırda Almaniyada uğurlu performansı ilə diqqət çəkir.

İngiltərə təmsilçisinin futbolçunu yenidən kluba qaytarmaq istədiyi bildirilir. 

“Mançester Siti”nin Nmeça uğrunda mübarizədə digər Avropa klubları ilə rəqabət apardığı və transfer üçün təzyiqi artırdığı vurğulanır. 

Qeyd edək ki, alman oyunçu ötən mövsüm meydana çıxdığı 47 matçda 6 qol 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırki müqaviləsi 2030-cu ilin yayında başa çatır.

Banner