"Mançester Siti" Brügge"yə elçi düşüb

"Mançester Siti" yay transfer pəncərəsi dövründə heyətini gücləndirməyi planlaşdırır.

Sportline.az jurnalist Florian Plettenbergin məlumatına istinadən xəbər verir ki, "Brügge"nin isveçli yarımmüdafiəçisi Ardon Yashari "Mançester Siti"nin transfer hədəfinə çevrilib.

22 yaşlı futbolçunun dəyəri "Transfermarkt" portalına görə, 25 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, A.Yashari bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 52 matçda 4 qol 6 asistlə yadda qalıb.